Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tünzalə Ağayevadan maraqlı açıqlamalar 

Xalq artisti Tünzalə Ağayeva MTV Azərbaycan kanalında yayımlanan "Düzünə qalsa" verilişində qonaq olub...

PİA.az xəbər verir ki, Tünzalə Ağayeva xəyanətdən danışıb:

"Siz xəyanət nəyə deyirsiniz?! Təsadüfən kişinin bir gecəlik hansısa hərəkətinə? Təsadüfdürsə, xəyanət deyil. İndi kişilər məni alqışlayacaq. Artıq qadın olaraq mən başqa səviyyədən danışıram. Əvvəla, xəyanət evin içinə giribsə, orda öncə münasibətləri araşdırmaq lazımdır. Yox, əgər sevgi bitməyibsə, insan halıdır. İnsan səhv edə bilər. Allah izn verməsəydi yer üzündə səhv, günah, xəta olmazdı. İdeal insan yoxdur. Ailə var ki, elementar şeylərdən elə böyük mübahisə çıxarır, ailələr də var ki, elə ciddi məsələlərə dözüblər ki, fədakarlıq edərək!".

Xalq artisti qızından da danışıb: "Özümə arzulayıram ki, qızım tez-tez sevindirsin. Buna da inanıram. Qızlar üçün uğurlu olmaq elə vacibdir ki. Qızlarımız heç vaxt zəifləməsinlər. Ağlayırıq sonra heç nə olmamış kimi özümüzü toparlayırıq. Qızım Fidan üçün darıxıram. 16 yaşından indiyə kimi biz il boyu davamlı yaşaya bilmirik. O təhsil alır. Amma onun varlığı, uğurlu, sağlam olması məni sakitləşdirir. Çox adam soruşur ki, bir övladın var, niyə darıxmırsan? Deyirəm əlbəttə ki, darıxıram. Onun uğuru, karyerası hər şeydən üstündür".

Tünzalə Ağayeva yaşadığı çətinlikdən də danışıb: "Hamımız "hardan-hara" gəlirik, heç kim bir yerdə dayanmır. Getdiyim yollardan peşman olmuşam bəlkə də özümü böyük bəstəkarlıq məktəbinə verə bilərdim. İfaçılıqdan uzaq ola bilərdim. Səsimi ölkədə az tanıya bilərdilər və ya tanıya bilməzdilər. Bu gün peşmanam? O qədər də yox. O arzu məndə hələ də var. İnanmayanlar da var idi, o, insanlar həyatımdan gəlib keçiblər. Onlar səmimi deyildilər. Uzaqdan eşitmişəm ki, guya məndən heç nə alınmayacaq. İnsan paxıllığını göstərməklə bildirir ki, o, cılızdır. Mən istəyərəm ki, ətrafım uğurlu, güclü olsun. Zəif ətraf istəmərəm".

Xalq artisti imic dəyişikliyindən də danışıb: "Bir qadın özünə dəyər verəndən sonra görkəmində dəyişiklik edir. Qadının gözəlliyi onda üzə çıxacaq ki, özünə olan münasibətini düzəldəcək. Özünə dəyər verən insan şükür edən biridir. Kiminsə ərini və ya brilliant üzüyünün qaşını qısqanmayın. Ana, vətəndaş, övlad, qadın, peşəkar kimi fədakar olmalısan, amma bunun da öz miqdarı var...".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Ən çox oxunanalar